Filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim Vərağa Almasovun 65 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

Filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim Vərağa Almasovun 65 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir
28 fevral 2025-ci il tarixdə Mirzaağa Əliyev adına Mədəniyyət Evində Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə Hövsan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim Vərağa Almasovun 65 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Hövsan kəndində anadan olan, ilk əmək fəaliyyətinə Mirzaağa Əliyev adına Mədəniyyət Evində başlayan Vərağa Almasov sonralar müxtəlif elmi mərkəzlərdə işləsə də, mədəniyyət sahəsindəki fəaliyyətini qırx ilə yaxın davam etdirmişdir. Eyni zamanda elmi yaradıcılıqla məşğul olaraq klassik ədəbiyyatımızın, xüsusilə Füzuli yaradıcılığının tədqiqi ilə məşğul olan Vərağa Almasov 1994-cü ildə Füzuli yaradıcılığına həsr olunmuş filologiya üzrə fəlsəfə doktoru elmi işini uğurla müdafiə etmiş, bu mövzuda dörd monoqrafiyası nəşr olunmuşdur.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Milli Elmlər akademiyasının alim və elmi işçiləri, mədəniyyət, incəsənət xadimləri, Hövsan kənd ağsaqqallarıvə kənd sakinləri iştirak etmişlər.
Ümumilikdə 7 kitabın, onlarla məqalənin müəllifi olan Vərağa Almasov tədbirin sonunda çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirmişdir.