YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə fəal üzvləri ilə görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında sosial şəbəkələrdə fəal olan üzvlər ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov aktiv sosial media istifadəçisi olan bir qrup partiya fəalını salamlayaraq ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirdi. Yerli təşkilatın sədri Prezidentin uğurlu siyasəti nəticəsində son dövrlər görülmüş işlərdən, azad olunmuş torpaqlarımızdan və dövlətimə qarşı addımlardan geniş bəhs etmişdir. Vüqar Seyidov xüsusi vurğuladı ki, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünyaya çatdırılmasında, haqq işimizin müdafiəsində könüllü iştirak edənlər fədakar insanlardırlar. YAP Suraxanı rayon təşkilatının Vətən müharibəsi dövründə və sonrakı mərhələdə fəaliyyətini dəyərləndirən yerli təşkilatın sədri sosial şəbəkələr üzrə fəal üzvlərin əməyini yüksək qiymətləndirmiş və vurğulamışdır ki, bundan sonra da dövlətçiliyimizin ideoloji və sosial şəbəkələrdəki müdafiəsi əzmlə davam etdirilməlidir.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi, sosial şəbəkələr üzrə məsul şəxs Ənvər Haqverdiyev çıxış edərək bildirdi ki, YAP Suraxanı rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə təşkil olunmuşdur. İşin yaxşı qurulması məqsədi ilə tapşırıq və tövsiyyələr diqqətə çatdırıldı. Ənvər Haqverdiyev yeni hədəflər, qarşıya çıxan problemlər və onların həlli yollarından bəhs edərək, qısa zamanda sosial şəbəkələrdə siyasi işin təşkili ilə bağlı yerli təşkilatın uğurlarından söz açmışdır.
YAP Suraxanı rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildirmişlər. Sonda fəalları maraqlandıran suallar cavablandırılmışdır.