YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, yığıncağı giriş sözü ilə açan ƏPT-nın sədri Quliyeva Ramella Akif qızı tədbir iştirakçılarını salamlayaraq YAP-ın ölkə miqyasında həyata keçirdiyi fəaliyyətin dövlətçiliyimizin inkişafına verdiyi töhfələrdən geniş söz açmışdır. Ramella Quliyeva YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Quliyeva Ramella Akif qızı, sədr müavini Kərimova Ramidə Fərzulla qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayaraq işlərində uğurlar arzuladı. Yerli təşkilatın sədri bildirdi ki, Azərbaycan sosialyönümlü dövlət olduğunu pandemiya dövründə də sübut edib. Ölkəmiz bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində də böyük uğurlar qazandığını bu ağır günlərdə bir daha nümayiş etdirib. Xüsusi ilə pandemiyanın nəzarət altına alınmasında həkimlərin roluna toxunan Vüqar Seyidov dedi ki, həkimlərimizin gərgin əməyi və fədakarlığı sayəsində biz bu “müharibədə” də qalib gələcəyik.
Sonda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.