Müsahibə zamanı Prezident münasibətlərin inkişaf səviyyəsindən geniş söz açıb

Müsahibə zamanı Prezident münasibətlərin inkişaf səviyyəsindən geniş söz açıb

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dünya arenasında nüfuzu durmadan artır. Bu hadisə Azərbaycanı əsas söz sahiblərindən birinə çevirir. Nəinki Asiyada həmçinin Avropa ölkələrində belə siyasi gücümüzün artdığı aydın bir şəkildə görünür.

Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin genişlənməsi davam edir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatlarının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Görüş zamanı əməkdaşlığa dair bir çox məsələlər müzakirə olunmuş, həmçinin güc birliyini nümayiş etdirən bəyannamələr imzalanmışdır.

Azərbaycan Özbəkistan münasibətləri isə təkcə iki dövlətarası əməkdalışlıq tipli deyil, tarixə söykənən mədəniyyəti, adətləri, mənəvi dəyərlərin birliyi kimi qiymətləndirilir.

2026-ci il avqust ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına və möhkəmlənməsinə nüfuz edəcəkdir. Səfər çərçivəsində ölkə Prezidenti Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. Müsahibə zamanı Cənab Prezident dövlətlərarası ticarət əlaqələrindən söhbət açıb. O, bildirib ki, keçən il ilə müqayisədə dövriyyə üç dəfədən çox artmışdır.  Həmçinin Özbək şirkətlərinin Azərbaycanda fəaliyyətini güclü bir tərəfdaş kimi qiymətləndirib.

Müsahibə zamanı Prezident münasibətlərin inkişaf səviyyəsini belə izah edib: “Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Uzun bir tarixə söykənən münasibətlər yeni dövrün reallıqlarına  uyğun şəkildə sürətlə inkişaf etdirilir”.

Paylaş