YAP Suraxanı rayon təşkilatının rəhbərliyi partiya fəalı Mehriban Nağıyevanı təbrik etmişdir
26.07.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın aparatının əməkdaşları YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş, texnika üzrə fəlsəfə doktoru Nağıyeva Mehriban Həsən qızını 65 illik yubileyi münasibəti ilə təbrik etmişlər.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Mehriban Nağıyeva uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, energetikasının və sənayesinin inkişafına həsr etmişdir. Energetika sənayesi sahəsində uğurları ilə yanaşı onun ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında Mehriban xanımın rolunu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Mehriban Nağıyevanın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli, işgüzar, savadlı mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı bir alim və ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah insan olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədr müavini kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Mehriban Nağıyeva YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Mehriban xanım bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.