YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi, Neftçi küçəsi 18 ünvanında yerləşən ƏPT-da görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi, Neftçi küçəsi 18 ünvanında yerləşən ƏPT-da görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi, Neftçi küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın əməkdaşları Kürsüm Həsənova və Dilarə Əzizovanın iştirakı ilə görüş keçirilmişdir. ƏPT-nin sədri Röya İslamova iclası açıq elan etdikdən sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və 84 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Röya İslamova bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsul əməkdaşı Dilarə Əzizova öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra ƏPT-nin sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Həbibova Fidan Şakir qızı Əmircan qəsəbəsi, Neftçi küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.