YAP-ın yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü göstərməkdədir
Əfsanə Abdullayeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 323 saylı uşaq bağçasının tərbiyəçisi
1992-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası yaradıldı və 2003-cü ilə qədər partiyanın sədri Heydər Əliyev oldu. Xalqın Ulu Öndərimiz Heydər Əliyevə olan inamı Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürürməsinə imkan verdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində yeni bir mərhələnin əsasını qoydu.
Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü göstərdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artdı və şübhəsiz ki partiya sıralarına insan axını da dayanmadan sürətləndi. Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Hec bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi və özünün dediyi kimi, "dünənin bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Bu gün xalqımız qələbənin 2-ci ildönümünün sevincini yaşayır.
Bu sevinci də bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan cənab İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsində 30il işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Yeni Azərbaycan Partiyası Qalib xalqın Qalib partiyasıdır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaq.