“Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib

17 oktyabr 2025-ci il tarixdə Əmircan Qəsəbə Mədəniyyət Evində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılğı ilə “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək demişdir ki, Osman Sarıvəlli yaradıcılğı müasir Azərbaycan ədəbiyyatının əsas istiqamətlərindən birini təşkil edir. Onun xalq yaradıcılığına verdiyi töhfələr bu gün də yaşamaqdadır.
Sonda mədəniyyət xadimlərinin iştirak ilə Osman Sarıvəlli yaradıcılığına həsr olunmuş konsert proqramı iştirakçılara təqdim edilmişdir.