Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

Əmircan Mədəniyyət evində təşkil olunan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, , RİHB yanında Şuranın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Kənan Nağıyev, Suraxanı rayonunda məskunlaşan Xocalıdan olan sakinlər, Şəhid ailələrinin üzvləri, qazilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.

Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamının ən ağır cinayətlərdən biri olduğunu vurğulamışdır. Ulu öndər, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildiyini və onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin Xocalı soyqırımı günü kimi elan edildiyini bildirən RİH başçısı erməni millətçilərinin xalqımıza qarşı törətdikləri belə vəhşiliklərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbər Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan çıxış edərək quruluş verdiyi Azərbaycanın himninə və bayrağına həsr olunmuş “Vətən” tamaşası barədə məlumat verdikdən sonra tamaşa nümayiş olunmuşdur.

Tədbirin sonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqəsində 1-ci yeri qazanan Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının şagirdi Fidan Babayevaya RİH başçısı tərəfindən Fəxri fərman və “Bizim böyük Qələbəmiz” adlı kitab təqdim olunmuşdur.

Tədbirin sonunda rayonda məskunlaşmış Xocalı ailələrinə ərzaq yardımı göstərilmişdir.