Oktyabrın 9-da Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan,
III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub.
Anım
tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, şəhid ailələri iştirak ediblər. Anım günündə şəhidin Hövsan qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.