Vətən müharibəsi şəhidi Elnur Şahbazov anım günündə ehtiramla anılıb
Oktyabrın 23-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Şahbazov Elnur Qədir oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Yeni Suraxanı qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub.