Vətən müharibəsi şəhidi Fərid Hüseynzadə anım günündə ehtiramla yad edilib
Oktyabrın 14-də Vətən müharibəsi şəhidi Hüseynzadə Fərid Eldəniz oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.