Vətən müharibəsi şəhidi Ruhid İslamlı doğum günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Ruhid İslamlı doğum günündə ehtiramla anılıb

01 aprel İslamlı Ruhid Uğur oğlunun doğum günüdür. Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Doğum günündə şəhidin Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.