Vətən müharibəsi şəhidi Cavid Cabarzadə anım günündə ehtiramla yad ediliblər

Vətən müharibəsi şəhidi Cavid Cabarzadə anım günündə ehtiramla yad ediliblər
24 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Cabarzadə Cavid Qorxmaz oğlu anım günü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Paylaş