9MayŞəhid Hacıyev Elmaz Elmar oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şobə müdiri Elmar Huseyn, YAP Suraxanı Rayon Təşkilatının məsləhətcisi Ənvər Hagverdiyev digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.