Vətən müharibəsinin şəhidi Səmədli Elşən Bayram oğlunun doğum günündə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva və digər rəsmi şəxslərin iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Səmədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.