Vətən müharibəsi Şəhidi Elnur Şahbazov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi Şəhidi Elnur Şahbazov anım günündə ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsində ucalan “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülən şəhid Şahbazov Elnur Qədir oğlunun anım günü qeyd olunub.
Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 89 və 101 saylı tam orta məktəblərin kollektivi Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.