Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilib

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilib

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

Heydər Əliyev zamanında xalq üçün bir çox işlər görmüşdür. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq, keçmiş SSRİ komitəsinin yüksək vəzifələrində çalışmışdır. O, dövrün Kommunist ideologiyasının hökmranlıq etdiyi və əsarət altında saxladığı, ona tabe olan Respublikalar zəif və formalaşmış şəkildə daha da nüfuzdan salırdı. Kommunist Partiyasının nüfuzdan saldığı bu Respublikalar arasında Azərbaycanında adı çəkilirdi. Lakin, zəif xarakteri özündə daşıyan SSRİ Kommunist Partiyasına tabe olan dövlətlər məhz Kommunizmin əsiri olmuşdur. 

Heydər Əliyev Moskvada yüksək vəzifələrdə çalışsa da Azərbaycanın hər zaman yanında olmuşdur. O, xalqımızın nüfuzunu ayaqlayan ona xələl gətirən Kommunist Partiyasının o vaxtı ki rəhbərliyinə qarşı çıxmışdır. O , öz fikirlərini SSRİ- nin rəhbəri L.İ. Brejni və ətraflı şəkildə fikir və mühazirələrini bildirmişdir. Ulu Öndər Dövlət dilimizi və dövlət konstitusiyamızı bütün dünyada tanıtmışdır. “Dil xalqın böyük sərvətidir. “ Ulu Öndərin yürütdüyü bu fikir Azərbaycan dövlətinin tarixi möhürünü qoydu. Azərbaycan Respublikası Konstitusiyası layihəsinin 73-cü maddəsi əsasən Azərbaycan dili dövlət dili elan edildi. Uzun fasilədən sonra, xalqın təklifi və tələbi ilə 1993- cü ildə hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi milli- mənəvi dəyərlərimizin qorunması, adət- ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı.  

Beləliklə 2001- ci ildə Ulu Öndər Heydər Əliyev “ Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında“ fərman imzaladı. Proses geniş şəkildə xalqa çatdırıldı, müzakirələr və aparılan  işlər regionlarda öz əksini tapdı. Avqustun 9-da 2001-ci ildə Azərbaycan Prezidenti yeni fərmana imza atdı. Bu fərman “ Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd idi.  Ulu Öndərin siyasətinin davamçısı Cənab İlham Əliyevin səyi nəticəsində “ latın qrafikası “ və Azərbaycan Ensiklopediyasinin nəşiri haqqında 2004- cü ildə tarixi sərəncamları imzaladı.  Prezidentimiz dilimizi, milliliyimizi, müstəqilliyimizi bütün dünyada tanıtdı. Azərbaycan dili milli sərvətimiz və milli dəyərimizdir.