Ulu Öndərin  şəxsi  təşəbbüsü  və qətiyyəti  sayəsində  1978-ci ildə Azərbaycan  SSR  Konstitusiyasında  Azərbaycan dilinin  dövlət dili tanınıb

Ulu Öndərin  şəxsi  təşəbbüsü  və qətiyyəti  sayəsində  1978-ci ildə Azərbaycan  SSR  Konstitusiyasında  Azərbaycan dilinin  dövlət dili tanınıb

Almaz İsmayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon 208 nömrəli tam orta məktəbin müəllimi

Dil hər bir millətin  mənəvi siması, onun milli varlığının   timsalıdır. Tarix  göstərir ki, Azərbaycan  dili  müxtəlif  dövrlərdə  rəsmi  dövlət  dili  kimi  elan edilib.  Bir  müddət   fəaliyyət  göstərsə də, dövlət  dili  statusu  uzun  sürə  bilməmişdir.

Azərbaycan  dilinin  həm  ümumxalq  dili, həm də dövlət dili  kimi  inkişafında  Ulu Öndər  Heydər  Əliyevin misilsiz   xidmətləri  olub. Ulu  Öndər  Azərbaycan dilinə adi ünsiyyət vasitəsi  kimi  deyil,  qədim tarixi, zəngin  mədəniyyəti,  müasir dünyada  müəyyən ictimai-mədəni  mövqeyi olan  bir xalqın  milli sərvəti  kimi yanaşırdı. Ulu Öndər Heydər  Əliyev qeyd edirdi: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz  ehtiyatına  malik  olan Azərbaycan dilimiz  var.’’

Hələ 1970-ci illərdən  başlayaraq Ulu Öndər  ana dilimizin qayğısına  qalıb. Azərbaycan dilinin  inkişafı  üçün  öz  səyini  əsirgəməyib. Ulu Öndərin  şəxsi  təşəbbüsü  və qətiyyəti  sayəsində  1978-ci ildə Azərbaycan  SSR  Konstitusiyasına  Azərbaycan dilinin  dövlət dili olması  haqqında  ayrıca  maddə  daxil edilib.

Azərbaycan dilinin  siyasi  hüquqi   statusunun  möhkəmləndirilməsi  istiqamətində  atılan addımlardan  biri də Ulu Öndərin 2001 –ci ilin  iyunun 18-də  imzaladığı  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi haqqında” fərman oldu. Ulu Öndər dilimiz barədə  söyləmişdir. “Bu gün iftixar  hissi ilə  deyə  bilərik ki,  Sovet  hakimiyyəti  illərində  biz  Azərbaycan dilini qoruyub  saxladıq  və inkişaf  etdirdik. Azərbaycan dili indi  çox  yüksək səviyyədə, yəni onun qrammatik  quruluşu,  başqa səhələri səviyyəsində olan  dildir’’

Xalqımızın milli sərvəti olan  ana  dilimizin  inkişafına  yönəlmiş  qərarların   qəbulu və həyata  keçirilməsi Ulu Öndərin böyük  tarixi  xidmətlərindəndir. Görkəmli  dövlət  xadimi   çıxışlarında  şifahi   nitqə üstünlük   verib,  yazılı məruzələrdən,  demək olar ki, imtina  edirdi. “Dil  hər  bir  millətin  mənliyinin əsasıdır. İnkişaf  etmiş  zəngin  dil mədəniyyətinə  sahib olan xalq  əyilməzdir, ölməzdir” –deyən  Ümummilli lider  ana dili məsələsinə  yeni  səviyyədə  - müstəqil dövlət  quruculuğunun   tələb etdiyi  səviyyədə  yanaşmağın  nümunəsini   yaratdı.

Ümummilli Lider  deyirdi: “Dilimiz çox  zəngin  və  ahəngdar  dildir, dərin köklərə  malikdir. Şəxsən mən öz ana dilimi   çox  sevir  və bu dildə  danışmağımla  fəxr  edirəm” Bəli, Heydər Əliyevin  bu cəsarətli addımı  Azərbaycan ziyalılarında  ruh  yüksəkliyi   yaratdı. Bütün bunlar  onu  göstərir ki, Heydər  Əliyevin  hazırlayıb həyata  keçirdiyi  dil siyasəti  Onun  dövlət  quruculuğu   siyasətinin   tərkib hissəsi olub.

Azərbaycan  dilinin  qorunması  hamımızın  vəzifəsidir. Ümummilli  Liderin  siyasi  kursunu  davam  etdirən  Prezident  İlham Əliyev  də  dilimizə milli-adət  ənənələrimizə qədim  mədəniyyətimizə  böyük  həssaslıqla  yanaşır.