Zərxanım Zülfüqarova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 232 nömrəli li tam orta məktəbin müəllimi
Dünyada az ölkə tapılar ki, onun tarixində Heydər Əliyev kimi insan olsun. Bizim ölkəmiz məhz belə xoşbəxt ölkələr siyahısına daxildir.
1993 – cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı oldu. Həmin gün xalqımız özünün gələcək taleyini, inkişafını dəyərləndirərək bir seçim etdi. Müasir, müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993 – cü il oktyabrın 3 – də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ulu Öndər 98, 84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.
Bu elə bir vaxt idi ki, Azərbaycan vətəndaş müharibəsi həyəcanı yaşayırdı. Daxili çəkişmələr özünün pik həddinə çatmışdı. Azərbaycan xalqını düşünən ziyalılarımız məhz Ümummilli lider Heydər Əliyevə üz tutaraq onu təkidlə siyasi hakimiyyətə dəvət etdilər.
Belə bir çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil, hər zaman inkişaf edən, güclənən, qüdrətli Azərbaycan dövlətində inkişafın təməli qoyuldu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Azərbaycan Prezidenti seçilən Ulu Öndər 1993 – cü il oktyabrın 10 – da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji – kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti olan mühüm tarixi sənədlər imzalandı. Həmçinin ordumuz formalaşdı, ictimai – siyasi sabitlik yarandı. Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması və onun möhkəmləndirilməsidir. O, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələ açdı.
Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strteji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur.
1993 – cü il seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai – siyasi həyatında daha aydın görürük. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz dünyanın aparıcı dövlətlərinin sırasına yüksəlib. Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əvəzsiz fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.
Milli dövlətçiliyi dağılmaq təhlükəsində qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin siyasətində milli qurtuluşa nail oldu.
Bütün bu uğurlar 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərimizə yol açdı. Azərbaycan bu gün bu Zəfərin yaratdığı reallığı yaşayır. Əminliklə demək olar ki, müstəqilliyimiz daimi və əbədi olacaq!