Uca Tanrının Prezidentimizə bəxş etdiyi xoşbəxtlik

Uca Tanrının Prezidentimizə bəxş etdiyi xoşbəxtlik
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri

Şuşa! Uzun illər Şuşa haqqında mahnılara, qulaq asdıqca ürəyimizdə niskil  olardı...           

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı...

Bu misraları təhlil edəndə, Azərbaycanın bayrağı və onun rəngləri göz önünə gəlir.  Eyni zamanda, dağların başındakı duman içində, sanki 44 günlük müharibədə dağlara qalxan, Şuşanın azad olunmasında, qəhrəmanlıq göstərən hərbiçilərimiz göz önünə gəlir.

“Dərdindən ölməyə çoxdur gümanlı”, deyildikcə, Şuşanın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlər, əzalarını itirmiş qazilər göz önünə gəlir. O dumanlı gündə, sanki Şuşa da, sakitcə  otuz illik səbrini basıb, öz doğmalarını gözləyirdi. Sanki Şuşa, “Ey igidlərimiz, Ali Baş Komandanımız, gəlin məni əsarətdən qurtarın!” deyirdi. “Şuşa Qarabağın ürəyidir” deyən, Ulu Öndərimizin ruhu da, o gecə hərbiçilərə duaçı idi... Vaqifin sökülmüş məqbərəsi, o səssizlikdə haray qoparırdı.  Bülbülün evi,həsrətlə qonaq gözləyirdi. İsa bulağı, öz doğmalarının ürəyinə sərinlik gətirməkdən ötrü,həsrət çəkirdi. Cıdır düzü, sanki düşmənin o düzdə rəqsinə görə, xəcalət çəkirdi...

Bu bənzətmələri yazdıqca, çox kövrəlirəm və içimdəki bir səs tezliklə Şuşaya getmək arzusunda olmağımı deyir. Şuşa azad olandan sonra, Yenilməz Sərkərdəmiz cənab İlham Əliyevəzmlə və eyni zamanda kövrək səslə, “Əziz Şuşa! Sən azadsan! Biz səni dirçəldəcəyik!” dedi. Bu cümlələri Ali Baş Komandandan eşitmək, çox qürurverici və inamlı idi, çünki  Rəhbərinə bələd olan bir vətəndaş kimi hamımız bilirdik ki, o hansı sözü bizə verib, lakin etməmişdir? Həmin sözün əməli nəticəsi, bu gündür!  

44 günlük  Zəfər müharibəsi bitəndən  hal-hazırki günlərə qədər, işğaldan azad olunmuş torpaqlarda, abadlıq-quruculuq işləri böyük vüsətlə aparılır. Mərhələli şəkildə, hər bir rayona, artıq “Böyük qayıdış” başlanmışdır, lakin Şuşanın qayıdışını bizlər hər birimiz, elə Şuşalılar qədər maraqla gözləyirdik. Çünki, Şuşa  doğrudan da Qarabağın qəlbidir! 

Şuşanın dirçəlişi, başı dumanlı dağların, qayaların üzərinə dırmanan hərbiçilərin, səssiz həmlə ilə hücuma keçən əsgərlərin keçdiyi çığırların, Zəfər yoluna dönüşü ilə və bu yolun çəkilişi ilə başladı.  

Ləyaqətli oğul, cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyev doğum günü olan, 10  May 2024-cü il tarixini də tarixə yaza bildi! Belə ki, məhz bu gündə, Şuşa şəhərinə ilk köç karvanı oldu və bu sakinlərlə, Prezidentin görüşü baş tutdu. Bu görüşdə Prezident dolğun və əhatəli çıxışı ilə bir daha bizləri özünə heyran edə bildi. Şuşada yeni tikilmiş evləri görüncə isə, Bakılı olsam da, Şuşaya köçmək istədim.

Bu günlərdə Şuşada növbəti “Xarı bülbül” festivalı keçirildi. Mədəniyyətin yaşlı nümayəndələri belə həmin festivalda iştirak edib, ifalar etdilər. Bu hadisələr və gördüklərimizin şahidliyi, bir daha sübut edir ki, zaman-zaman bizə qarşı, düşmənlərimiz tərəfindən beynəlxalq hüquq pozulsa da, Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev vasitəsi ilə Azərbaycanda ilahi ədalət bərqərar olundu.

Allahın, Uca Tanrının insana bəxş etdiyi, dövlətin tale yüklü məsələsində vasitəçi olmaq nə böyük xoşbəxtlikdir!  Bu xoşbəxtliyi də, Uca Tanrı Prezidentimə yaşatdı.