Təhsil sistemində millilik və dünyəvilik prinsipləri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin Uşaq Xəstəxanasının baş həkimi
Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı tələblərin tətbiqi vahid yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbdə geyim qaydalarına riayət olunması daxili nizam-intizamın möhkəmləndirilməsinə xidmət edir. Vahid məktəbli forması şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissini gücləndirir.
Məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına kömək edir. Şagirdlər məktəbə müəyyən edilmiş geyim formasında gəlməli, geyimlərini təmiz və səliqəli saxlamalıdırlar. Şagirdlər şəxsi gigiyena qaydalarına əməl etməli və məktəbin daxili intizam qaydalarına hörmətlə yanaşmalıdırlar.Valideynlər övladlarının geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə riayət etmələrini təmin etməlidirlər.
Təhsilverənlərin geyimi məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır.Təhsilverənlərin geyimi onların əmək funksiyalarını yerinə yetirməsinə mane olmamalıdır. Müəllimlərin işgüzar görünüşü məktəbin nüfuzuna və təhsil mühitinin keyfiyyətinə müsbət təsir göstərir. Geyim qaydalarına riayət olunması məktəbdə qarşılıqlı hörmət və məsuliyyət mühitinin gücləndirilməsinə kömək edir.
Dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri müvafiq qanunvericilik və normativ hüquqi aktlar əsasında tətbiq edilir.Təhsil sistemində millilik və dünyəvilik prinsiplərinin qorunması əsas istiqamətlərdən biridir. Təhsilalanların və təhsilverənlərin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.
Uşaqların hüquqları, qanuni maraqları və dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.
Əsas məqsəd məktəbdə vahid yanaşmanı, nizam-intizamı, peşəkarlığı və sağlam təhsil mühitini təmin etməkdir.