“Tumurcuq” uşaq bağçasında “Biz Xocalıya qayıtdıq” adlı tədbir keçirilmişdir
25 fevral 2026-cı il tarixində “Tumurcuq” uşaq bağçasında “Biz Xocalıya qayıtdıq” adlı tədbir keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Kürsüm Həsənova və Nərgiz Çıraqova iştirak etmişlər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək Xocalı faciəsinin hüquqi və siyasi tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolunun müstəsna olduğunu qeyd etdi. Yerli təşkilatın nümayəndəsi bildirdi ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciəsidir. Bu soyqırımı törədənlər isə dünya ictimaiyyəti və Azərbaycan xalqı qarşısında cavab verməlidirlər.
Daha sonra tədbir “Tumurcuq” uşaq bağçasının körpə fidanlarının hazırladığı ədəbi-bədii kompazisiyalar ilə davam etdirildi.
Sonda xatirə şəkli çəkildi.