Gülbacı Salmanlı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru vəzifəsi səlahiyyətlərini müvvəqəti icra edən
Cənab Prezıdent İlham Əliyevin prezident seçkilərindən sonra ilk səfərinin Türkiyəyə olması Türkiyə-Azərbaycan birliyinin Azərbaycan və Türkiyə xalqlarının əcdadlarının bütün ənənələrinə sadiqliyinin nümunəsi və qardaşlıq təzahürüdür.
Bugün dünya miqyasında söz sahibi olan Türkiyənin güclü sənaye potensialı, iqtisadiyyatı eyni zamanda da hərbi gücü Türk dünyasına mənsub olan hər kəsi qürurlandırır. Dünya miqyasında baş verən məsələlərin öz mövqeyindən asılı olan Türkiyə, hər zaman, eləcə də 44 günlük İnkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Azərbaycanın yanında olub. Qardaş Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyin qarantı olması və müharibə zamanı qəti açıqlamaları bir çoxlarını kənarda saxladı. Türkiyənin bu addımı Azərbaycan və Türkiyə arasında olan qardaşlıq əlaqələrini yüksək zirvəyə daşıdı. Ordularımız hər il ən azı 10 hərbi təlim hər iki ölkədə keçirir və hərbi gücümüzü daha da artması hərbi sahədə işbirliyimizin nəticəsidir.
Biz Müttəfiqlik Bəyannaməsini əsas götürərək Türk dünyasının birləşməsi və ortaq köklərə mənsub olan xalqların bir arada olması üçün bütün məsələlərdə bir yerdəyik. Ötən il ölkəmizdən Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilməsi və əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması, Bakı-Tiblisi-Qars kimi mühüm beynəlxalq layihələr ölkələr arası əlaqələrin yetərincə olmasını göstərir.
Qardaşlıq, müttəfiqlik, ortaq dəyərləri gənc nəslə aşılamaq üçün təhsil sahəsində də önəmli anlaşmalara imza atılmış və Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin rəmzinə çevrilmişdir.