Tarixi dostluq və qardaşlıq

Tarixi dostluq və qardaşlıq
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Zamanın sınağından çıxmış dostluq, səmimi qardaşlıq ölkələrimiz və xalqlarımız arasında daima mövcud olmuşdur. Bu dostluğun təməli Ümummilli Lider Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Bu qardaşlıq və dostluq bu gün də davam edir. Bu siyasi iradənin, səmimi dostluq münasibətlərinin davam etməsinə Prezident İlham Əliyevlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında 11.03. 2024-cü il tarixdə baş tutmuş görüş nümunə ola bilər. Prezidentimizin dəfələrlə Qazaxıstana səfəri və Qazaxıstan Prezidentinin ölkəmizə səfərləri bu iki ölkənin strateji tərəfdaşlığını göstərir və sübut edir.
Budəfəki görüş isə işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaş ölkə Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsü ilə baş tutdu. 12 mart tarixində qardaş Qazax xalqının keçmiş məcburi köçkün uşaqlarının təhsil alacağı, həmçinin qardaşlığımızın, dostluğumuzun mərkəzi olacaq, bir simvola çevriləcək ocağın açılış mərasimi baş tutdu. Bu, qardaş xalqın Azərbaycana hədiyyəsidir, sevgisidir.
Bu sevgini biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiyimiz 44 günlük müharibəmizdə və sülh naminə danışıqlar prosesi zamanı da görmüşük. Dərin köklərə malik əsrlərə söykənmiş dostluq belə olmalıdır. Zəngin təbii ehtiyatlarımızı Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxarmalı, irimiqyaslı investisiya layihələri həyata keçirərək xalqlarımızın inkişafını təmin etməliyik.
Ölkələrimiz arasındakı iqtisadi-ticari fəaliyyət, parlamentlərarası əlaqələr möhkəmlənərək yeni əməkdaşlıq səviyyəsinə qalxmış, geniş imkanlar yaratmışdır.
Azərbaycan və Qazax xalqları arasında mövcud olan sıx tarixi əlaqələr, mədəni və dini ortaqlıqlar, iqtisadi əməkdaşlıq, strateji müttəfiqlik daha da inkişaf edəcək və xalqlarımızın inkişafına böyük töhfələr verəcək. Bu qarşılıqlı hörməti, sevgini və fəaliyyəti Türk Dövlətləri Təşkilatı çərçivəsində də davam etdirməli və möhkəmləndirməliyik.