Şəhid əsgər Vaqif Mərdanovun qardaşı Ağasifin müalicəsi uğurla davam edir

Şəhid əsgər Vaqif Mərdanovun qardaşı Ağasifin müalicəsi uğurla davam edir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri təxminən bir il əvvəl şəhid əsgər Mərdanov Vaqif Ədalət oğlunun ailəsini ziyərət edərkən onun balaca qardaşı Ağasifin anadangəlmə Serebral iflic olduğu müşahidə olunmuş və müalicəsinin gedişi nəzarətə götürülmüşdür. Balaca Ağasif indi “SPİ Akademiya”- da öz müalicəsini uğurla davam etdirir. Nəticələr deməyə əsas verir ki, artıq Ağasifin müalicəsində ciddi irəliləyiş əldə olunmaqdadır.

14.12.2021-ci il tarixdə Suraxanı rayon Hövsan qəsəbəsi sakini olmuş şəhidimiz əsgər Vaqif Mərdanovun balaca qardaşı Ağasifin 13 yaşı tamam olub. Bu münasibətlə, “SPİ Akademiya”- nın bir qrup əməkdaşı onun ailəsini ziyarət edərək təbrik etmiş, ad gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuşdur. YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə “SPİ Akademiya”-nın rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığımızı bildiririk.