27.08.2025-ci il tarixdə Şəhid Səbuhi Orucovun atası Vahid Orucov haqq dünyasına qovuşub. Şəhidimizin atası Bülbülə qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı Rayon Təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, Bülbülə Bələdiyyəsinin sədri Nəsib İsmayılov, Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi Elçin Seyfullayev, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, qazilər iştirak edirdilər.
Qeyd edək ki, şəhid Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Laçın döyüşləri zamanı şəhid olub.