Şəhid qanı ilə yuyulan torpaqlarda indi üçrəngli bayraqlarımız dalğalanır
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir. Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştrak etməsi üçün vizit vərəqəsi sayılır. Bayraq, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi simvolu olmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər üçrəngli üfüqi zolaqlardan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasirlik, azadlıq və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng isə islam dinini ifadə edir. Bu Bayraq 1920- ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.
Ümumilli liderimiz Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm atributlarından olan bayrağımız Naxçıvanda Dövlət Bayrağı kimi qəbul olundu. Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri- rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990- cı il noyabr ayının 17- də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü ilə, dövlət bayrağı ilk olaraq Naxçıvanda sonra isə 1991- ci ildə xalqın tələbi ilə Bakıda “Azadlıq Meydanında“ dalğalandı. Ali Sovet “ Dövlət Bayrağı haqqında “ qanun qəbul etdi. Beləliklə 1991- ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası o cümlədən dövlət bayrağını da qebul etdi. Prezident İlham Əliyev 2009- cu noyabrın 9- u “ Dövlət Bayrağı Günü“ kimi qeyd olunmasına sərəncam verildi.
2010- cu il sentyabrın 1-i Bakıda Dövlət Bayrağı Meydanının açılışı olub. İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı muzeyi də yaradılıb. Azərbaycan bu günü xoş hisslərlə yaşayır, çünki bütün dünyada müstəqilliyimizi tanıdan Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyev “Zəfər Bayrağımızı”da Qarabağ torpaqlarında dalğalandırdı. Vətən öz igid oğulları ilə fəxr duyur. Çünki, xalq öz prezidentinə inanır. Şəhid qanı ilə yuyulan torpaqlarda indi üçrəngli bayraqlarımız dalğalanır.
Hər il olduğu kimi, bu il də Respublikamızda eləcə də digər şəhər və rayonlarımız 9 Noyabr “Dövlət Bayrağı Gününü” qeyd edir. Hər zaman düşmənə zərbə olan üçrəngli bayrağımız xalqımızı, gənc nəsilləri əbədi olaraq irəliyə doğru aparacaq. “Dövlət Bayrağımız“ canımız “Zəfər Bayrağımız” isə damarlarımızda axan qanımızdır. Var olsun Dövlətimiz “yaşasın“ Dövlətçiliyimiz.