Şəhid Mürsəl Kazımlının xatirə – abidə kompleksinin açılış mərasimi keçirilmişdir
07 iyun 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini şəhid əsgər Kazımlı Mürsəl Kamil oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş xatirə – abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından bəhs edərək bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov xatirə–abidə kompleksinin açılış mərasimində çıxş edərək bildirmişdir ki, Azərbaycanın hər bir vətəndaşına örnək olan həyat yolu keçmiş Şəhidlərimizin qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydularını bir daha vurğulayaraq torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın çoxminli üzvləri adından Xarıbülbül təsviri üzərində şəhid Mürsəl Kazımlının şəkili toxunmuş xalçanı ailəsinə təqdim etmişdir.
Qeyd edək ki, Qeyd edək ki, şəhid Kazımlı Mürsəl Kamil oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.