Şəhid Kamal Qasımov ehtiramla yad edilib

Şəhid Kamal Qasımov ehtiramla yad edilib
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ İqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Qasımov Kamal Hüseyin oğlunun xatirəsinə anım tədbiri keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdə Hövsan qəsəbə sakini, gənc rəssam Pakizə Rzayeva və onun tələbələrinin “Zəfərimiz əbədidir”adlı sərgisi nümayiş olunub. Tədbirdə çıxış edən qonaqlar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olduqlarını vurğulayıblar. Qeyd olunub ki, Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulacaq, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.