Şəhid Elsevər Yarıyev 279 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib
 
                                                                                                    30 oktyabr 2025-ci il tarixində 279 nömrəli tam orta məktəbdə İkinci Qarabağ müharibəsi şəhidi Yarıyev Elsevər Qalib oğlunun anım tədbiri keçirilmişdir. 
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 
Anım tədbirini giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva çıxış edərək şəhidlərin qəhrəmanlığından, Vətənə sədaqətindən danışaraq onların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğuladı.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını və dərin hüznlə başsağlığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra o çıxışında qeyd etdi ki, Şəhidlərimiz tək bir gün deyil, hər zaman ehtiramla anılır. Xalqımız bu gün sahib olduğu ərazi bütövlüyünü, suverenliyini şəhidlərimizə borcludur. 
Tədbir məktəbin məktəbin müəllim-şagird kollektivinin hazırladığı vətənpərvər mövzuda maraqlı kompozisiyalar ilə davam etmişdir.
 
 
 
 
 
                                                        
                                                    
 
                     
	                                             
	                                             
	                                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                            