10 avqust Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalan əsgər Cabarzadə Cavid Qorxmaz oğlunun doğum günüdür. Şəhidimizin doğum günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Elmar Hüseynov, Xanoğlan Allahverdiyev, Suraxanı RİH başçısının Bülbülə QİƏD-in üzrə nümayəndəsi Elçin Seyfullayev, Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova və Şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri Şəhidin bulaq xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.