Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP Suraxanı rayon təşkilatının konfrans zalında keçirilən iclasda yerli təşkilatın sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov iştirak etmişlər. Ərazi partiya təşkilatının sədri Ramella Quliyeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra iclasın gündəliyində 2 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görüləcək işlər haqqında və ƏPT-nin sədr müavininin seçkisi haqqında məlumat verdi. R.Quliyeva yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
ƏPT üzvləri Şəfa Yusubova və Şəbnəm Rzayeva təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdilər.
ƏPT sədri R.Quliyeva Şəfa Yusubovanın ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Şəfa Yusubova sədr müavini seçilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.