Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tünzalə Məmmədzadənin yaradıcılıq sərgisi və “İpək yolunda eşq” adlı kitabının təqdimat mərasimi keçirilib

Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tünzalə Məmmədzadənin yaradıcılıq sərgisi və “İpək yolunda eşq” adlı kitabının təqdimat mərasimi keçirilib
Mayın 4-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı rayon Heydər Əliyev Mərkəzi, TEM-ART Sənət Mərkəzi, Unec İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə tanınmış rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tünzalə Məmmədzadənin yaradıcılıq sərgisi və “İpək yolunda eşq” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev,  RİHB-nin müavinləri və şöbə müdirləri, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və digər qonaqlar iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ilk öncə rəssam Tünzalə Məmmədzadə haqqında məlumat verilib və videoçarx nümayiş olunub.
Daha sonra müəllif çıxış edərək “İpək yolunda eşq” adlı kitabı haqqında danışaraq ipək üzərində yaratdığı əsərlər haqqında ətraflı məlumat verib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. O, sərginin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, Ulu Öndərin də rəsminin yer aldığı bugünkü sərgidə Tünzalə xanımın ipək üzərində yaratdığı rəsm əsərləri bir-birindən gözəldir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və incəsənətinin hamisi olduğunu bildirmişdir. Vüqar Seyidov qeyd etmişdir ki, ipək üzərində rəsmlərin təqdimatı sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev, , Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov çıxışlarında ipək üzərində əsrarəngiz rəsmlər yaradan Tünzalə xanıma uğurlar diləyiblər.