Suraxanı rayonunda “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib

Suraxanı rayonunda “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Suraxanı rayon təşkilatının birgə təqdimatında Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib.
Film nümayişində rəsmilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, dram janrında olan bu ekran işi maraqlı süjet xətti və təsirli hekayəsi ilə izləyicilərin diqqətini çəkir. Babalar və Nənələr Gününə həsr olunan filmdə baş rolları Əməkdar artist Dilarə Əliyeva, Firuzə Anarqızı və Dağlar Rüstəmov canlandırır. Filmin prodüseri və baş rolun ifaçısı Dilarə Əliyeva çıxış edərək, filmin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, “Soy Production”un istehsalı olan film babaya həsr olunub və sevgi, fədakarlıq, həyatın çətinliklərindən bəhs edir.