Suraxanı Rayonunda “İlham Əliyev Azərbaycanda milli birliyin banisi və milli maraqların hamisidir” adlı tədbir keçirilib
YAP Suraxanı rayon təşkilatının təqdimatında Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illik yubileyinə həsr edilmiş “İlham Əliyev Azərbaycanda milli birliyin banisi və milli maraqların hamisidir” adlı tədbir keçirilib. YAP Suraxanı rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Azərbaycan xalqı müdrik xalqdır. Çünki xalqımız seçim məqamlarında, qərar verərkən doğru qərarlar verir və öz taleyini etibarlı insanlara həvalə etmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə xalqın israrlı tələbi ilə dəvəti nə qədər yerində və doğru addım idisə, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun İlham Əliyevə səs verməsi də o qədər yerində qərar idi. Bizim artıq böyük sınaqlardan keçmiş 20 illik müddəti təhlil etmək imkanlarımız var. Azərbaycanın regional və qlobal statusunun əhəmiyyəti durmadan artmaqdadır. Biz haqqımızda qərar verilən dövlətdən nəinki öz qərarlarımızı verən, hətta region və dünya qərarlarında söz sahibi dövlətə çevrilə bilmişik.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, əlbəttə, son iyirmi ilin, hətta son iki yüz ilin ən böyük uğuru Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və suverenliyin bərpa olunmasıdır. Bu hadisələr məcmusunun özlüyündə dərin mürəkkəblik vardır. Son iyirmi ildə biz müharibəni udmaq üçün yalnız ordu formalaşdırmadıq. Döyüş ruhunu yaratdıq. Çünki ordunu əgər formalaşdıran yalnız silah arsenalı olsaydı, Qarabağın dağlıq ərazisində on minlərlə silah – sursat, hərbi qənimətlər öz məkirli siyasətini həyata keçirə bilərdi. Ordunu formalaşdıran isə ordunun döyüşkən ruhudur. Biz Qarabağı görməyən gənclərdə həmin torpaqlara getmək arzusu formalaşdırdıq.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da öz növbəsində vurğulamışdır ki, dövlət orqanlarının əlçatanlığının sadələşdirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması, problemlərin zamanında öz həllini tapması Prezidentin dövlət idarəetməsində həyata keçirdiyi əsaslı və məntiqli islahatların nəticəsidir. Eyni zamanda milli kadrların formalaşdırılması, yeni təyinatların həyata keçirilməsi və təyin olunan gənc kadrların qarşısında konkret vəzifələrin cənab Prezident tərəfindən qoyulması, vaxtaşırı verilən tapşırıqların icrasının yoxlanılması son iyirmi ildə inkişafın Azərbaycan modelini formalaşdıran və inkişaf etdirən əsas amillərdəndir. İndi hər bir Azərbaycan Respublikasının vətəndaşı bilir, hətta əmindir ki, onun dövləti onun müdafiəsi və təminatı üçün bütün mümkün addımları atmaqdadır. Əlbəttə, bu kimi strateji əhəmiyyətə malik addımların atılması nəticəsində xalqla dövlət, dövlətlə cəmiyyət arasında sarsılmaz, yıxılmaz körpülər qurula bilmişdir.
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Səadət Məmmədova çıxış edərək demişdir ki, bu günkü uğurlar heç də bir gündə əldə olunmadı. Dayanıqlı və davamlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Bütün sahələrin və bütün regionların eyni prinsiplə paralel inkişafı İlham Əliyev zəkasının məhsuludur. Bunun üçün regionların sosial - iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları həyata keçirilmişdir. İndi bizim regionlarımız paytaxtla eyni dinamika ilə inkişaf edir. Bütün şəhərlərimizin vizual mənzərələri tamami ilə yaxşıya doğru dəyişilməkdədir.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin direktoru, Suraxanı rayon təşkilatının fəal üzvü Xəyalə Mahmudova çıxış edərək demişdir ki, 2003-cü il sonunda Ulu Öndər Heydər Əliyev dünyadan cismani köçəndə Azərbaycanda heç kim buna hazır deyildi. O, təkcə dövlət başçısı yox, həm də xilaskar idi. Azərbaycan üçün bir ömrə sığmayacaq qədər işlər görmüşdü. Lakin onun Azərbaycanla bağlı gördükləri, etdikləri qədər edə bilmədiyi, ömrün vəfa etmədiyi arzuları qaldı. Amma Ümummilli Liderin öz xalqına ən böyük töhfəsi məhz onu əmanət edə biləcəyi bir siyasi varisin olması idi. Heydər Əliyevin xalqa son müraciətinə nəzər yetirsək, biz ötən iyirmi ilin siyasi konturlarını rahatlıqla görə bilərik. Ulu Öndər bütün ömrünü verdiyi, şah əsərim adlandırdığı Azərbaycanı özüm qədər inanıram dediyi bir dünyamiqyaslı liderə əmanət edirdi. Onun üçün də Ulu Öndərin ruhu rahat və şaddır.
Şəhid atası Əlixan Əliyev də çıxış edərək demişdir ki, cənab İlham Əliyevin son iyirmi ildə biz müharibəni udmaq üçün yalnız ordu formalaşdırmadıq. Döyüş ruhunu yaratdıq. Çünki ordunu əgər formalaşdıran yalnız silah arsenalı olsaydı, Qarabağın dağlıq ərazisində on minlərlə silah – sursat, hərbi qənimətlər öz məkirli siyasətini həyata keçirə bilərdi. Ordunu formalaşdıran isə ordunun döyüşkən ruhudur. Biz Qarabağı görməyən gənclərdə həmin torpaqlara getmək arzusu formalaşdırdıq.
YAP Suraxanı rayon təşkilatının fəal gənci, Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Şəbnəm İbrahimli də çıxış edərək bildirdi ki, ölkə başçımız sözsüz ki, ona olan bütün etimadları doğruldub. O, hər bir azərbaycanlının Prezidentinə çevrilib. Mən də bir Azərbaycan gənciyəm. Mənim üçün, biz gənclər üçün ölkəmizdə saysız-hesabsız dövlət proqramları var. İstər yerli, istərsə də beynəlxalq, iqtisadi, siyasi və mədəni sahədə gənclər üçün lazım olan bütün şərait yaradılmışdır. Statistikaya əsasən dünyada gənclər sahəsinə bizim qədər investisiya ayıran ölkə azdır.
Sonda partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.