Suraxanı Rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

Suraxanı Rayonunda  “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

“Heydər Əliyev ili” çərçivəsində  Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir. Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində keçirilən aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət təşkilatlarının rəhbərləri, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında təmsil olunan üzvlər iştirak etmişlər. Ağacəkmə aksiyasında 1000 ədəd yeni ağac əkilmişdir.

Suraxanı rayonunda yeni ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir.