YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən (313 saylı körpələr evi-  uşaq bağçasının müdiri) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan 313 saylı körpələr evi-  uşaq bağçasının müdiri, ƏPT sədri Dürdanə Hüseynova ölkəmizdəki sabitlikdən, güclü və artan iqtisadi imkanlarımızdan, əhalinin ilbəil artan sosial rifah halından söz açdı. Dünyanın ixtişaşlarla savaşdığı bir dövrdə ölkəmizdə ki, sabitliyin, təhlükəsizliyin səbəbkarı Cənab Prezidentimizin uğurlu siyasəti olduğunu vurğuladı. Əməkhaqlarının, təqaüdün, müavinatların hər il artması ölkəmizin iqtisadi gücündən xəbər verən amildir deyə vurğuladı.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezidentimizin vurğuladığı kimi təhlükəsizliyimizin hər zaman diqqətdə saxlanıldığının vacibliyindən danışdı. Ölkəmiz hər zaman hərbi təxribatlara cavab verib və bundan sonrada lazımı cavablar verməyə hazırdır. Lakin bir məsələni unutmayaq ki, fiziki təhlükəsizliyimiz kimi ideoloji təhlükəsizliyimizidə qorumalıyıq. Bu yolda hər birimiz yaxından İştirak etməli və YAP üzvü olaraq bu cür məsələlərdə aktivlik nümayiş etdirməliyik. Sosial şəbəkələrdə bəzən yayılan, ölkəmizi müəyyən təxribatlara cəlb etmək isdəyən qüvvələrə qarşı hər birimiz əlbir olmalı və savadlı şəkildə onları susdurmalı bacarmalıyıq.

Daha sonra 313 saylı uşaq bağçasının tərbiyəçisi Lalə Əliyeva çıxış edərək ölkəmizin gələcək dövrlərdə də uğurlara imza atması üçün gənc nəslin təhsilli, savadlı, vətənpərvər ruhda böyüməsinin vacib olduğunu vurğuladı. Təbii ki, bu istiqamətdə biz müəllimlərdə əlimizdən gələni əsirgəməməli və övladlarımıza vətənpərvərlik ruhunu aşılamalıyıq.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

 

Paylaş