Suraxanı rayonunda “Gözlərə nur verən bir ömrün hekayəsi” adlı tədbir keçirilib

Suraxanı rayonunda “Gözlərə nur verən bir ömrün hekayəsi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşkilatçılığı ilə 27 aprel 2026-cı il tarixdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gözlərə nur verən bir ömrün hekayəsi” adlı tədbir keçirilib. Suraxanı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rəsmi şəxslər, ərazi partiya təşkilatlarının sədrləri, rayonda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və fəal partiya üzvləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək abidələri önünə tər çiçəklər düzüb, xatirələri ehtiramla yad ediblər. Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Naxçıvan Televiziyası tərəfindən hazırlanmış, görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən “Zərif insan ömrü” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Zərifə xanımın Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli silahdaşı və nəcib Azərbaycan qadını obrazının parlaq nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri, 42 nömrəli Şəhər Poliklinikasının baş həkimi Rəna Nəsibzadə və 23 nömrəli Şəhər Poliklinikasının həkim-oftalmoloqu Sevil Həmidova akademikin elmi irsinin bu gün də aktual olduğunu və gənc həkimlər üçün məktəb rolunu oynadığını bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvünə fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Mərasim mədəniyyət və incəsənət xadimlərinin hazırladığı bədii proqramla yekunlaşıb.