Suraxanı rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur
Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici "1 Mart Narkomaniyayla və Narkobizneslə Beynəlxalq Mübarizə Günü və 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir 279 nömrəli tam orta təşkil olunmuşdur. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Rayon İcra Hakimiyyətinin, Polis İdarəsinin, Gənclər və İdman Nazirliyinin əməkdaşları, məşhur idmançılar iştirak ediblər.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, gənclərin pis vərdişlərə qurşanmamaları üçün cəmiyyətimizdə kifayət qədər imkanlar vardır. Hər kəsə məlumdur ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. Prezident cənab İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını hər zaman xüsusi vurğulayır. Gənclərin hərtərəfli püxtələşməsi, pis vərdişlərdən uzaqlaşması məqsədilə onlarda idmana, təhsilə, mədəni-kütləvi tədbirlərə, ictimai fəaliyyətə olan marağın artırılması istiqamətində Yeni Azərbaycan Partiyası bir çox ölkə miqyaslı layihələr həyata keçirməkdədir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova çıxış edərək, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın uğurla icra olunduğunu da bildirib.
Daha sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəciklər nümayiş olunmuşdur.