Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbdə "Ana dilimizi sevək, sevdirək" tədbir keçirilib. 21 fevral - bütün dünyada Beynəlxalq Ana Dili Günüdür. Bu münasibətlə məktəbdə “ Ana dilimizi sevək, sevdirək “ adlı tədbir keçirildi. Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Gülşən Şıxlarova, məktəb rəhbərliyi, müəllim və şagird kolektivi , həmçinin valideynlər iştirak edirdi.
Azərbaycan Dövlət Himninin oxunması ilə başlanan tədbir bir- birindən maraqlı kompozisiyalar, səhnəciklər , səsləndirilən mahnılar və şeirlərlə yadda qaldı. Kiçik yaşlı məktəblilərin canlandırdığı Dədə Qorqud, Şah Qacar, Molla Pənah Vaqif, Şah İsmayıl Xətayi obrazları isə alqışlarla qarşılandı.