YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
27 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Növbəti belə görüş Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 54 ünvanında yerləşən ərazi partiya təşkilatında (87 №-li tam orta ümumtəhsil məktəbi) keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şahin Cəfərov bildirib ki, dövlətlərin inkişafı yalnız əldə etdikləri iqtisadi nailiyyətlər, hərbi imkanlar və beynəlxalq münasibətlər sistemində tutduqları mövqe ilə ölçülmür. Müasir dövrdə milli maraqların qorunması, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və ictimai proseslərdə məsuliyyətli iştirakın təşviqi də strateji əhəmiyyət daşıyır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Möhtərəm Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın qarşısında duran vəzifələrin yalnız idarəetmə və inkişaf məsələlərini deyil, eyni zamanda ictimai şüur, informasiya mühiti və ideoloji fəaliyyət sahələrini də əhatə etdiyini göstərir. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu dövlətçilik ənənələrinin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davam etdirilməsi ölkənin müasir inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb. Ərazi bütövlüyünün və suverenliyin bərpası isə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoyub. Qarşıdakı dövrdə əsas məsələlərdən biri bu tarixi nailiyyətlərin əhəmiyyətini düzgün dərk etmək, onların yaratdığı imkanları qiymətləndirmək və gələcək nəsillərə ötürülən dövlətçilik irsinin məzmununu zənginləşdirməkdir.
YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Fərman Əmirov və müəllimi Günel İsgəndərova çıxış edərək bildiriblər ki, Prezidentin VIII Qurultaydakı çıxışında ideoloji fəaliyyətin müasir tələblərə uyğun qurulması məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyin formalaşmasına ciddi təsir göstərdiyi bir şəraitdə məlumatın cəmiyyətə çatdırılma üsulları da dəyişir. Artıq ictimai ünsiyyətin səmərəliliyi yalnız məlumatın mövcudluğu ilə deyil, onun nə dərəcədə aydın, əsaslandırılmış, əlçatan və müxtəlif auditoriyaların ehtiyaclarına uyğun təqdim olunması ilə müəyyən edilir. Buna görə də müasir ideoloji fəaliyyət faktlara, tarixi yaddaşa, analitik yanaşmaya və açıq ictimai ünsiyyətə əsaslanmalıdır.
Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.