Suraxanı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Suraxanı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Milli Məclisin deputatları - Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Rayon Prokuroru Rəşid Mahmudov, RİH başçısının müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev,  və başqaları iştirak ediblər.
Adil Əliyev ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək, ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. O, əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var. RİH başçısı rayonun sosial-iqtisadi inkişafında onların hər birinin böyük əməyi olduğunu və daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Yığıncaqda rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat məruzəsi dinlənilib. Qaraçuxur qəsəbəsi Ağsaqqallar Şurasının sədri Zeynal Məmmədov, Rayon Ağsaqqallar şurasının sədr müavini, əməkdar incəsənət xadimi, professor Ağalar Bayramov, Ağsaqqallar Şurasının İdarə Heyyətinin üzvü, əməkdar pilot Əzimbala Əzimov çıxış ediblər.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Sonda Yeni Suraxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Vaqif Alxasov 85 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.