Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbdə “Zəfər işığında 5 il” adlı tədbir keçirildi
 
                                                                                                    31 oktyabr 2025-ci il tarixində Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbdə “8 Noyabr- Zəfər gününə” həsr olunmuş “Zəfər işığında 5 il “adlı tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədov, Vətən müharibəsi iştirakçıları, müəllim-şagird kollektivi iştirak etmişdir.
2020-ci ildə 44 gün ərzində Azərbaycan ordusunun keçdiyi möhtəşəm zəfər yolu şagirdlərin nümayiş etdirdiyi səhnəciklərdə, rəqs və şeir kompozisiyalarında əks olundu.
 
 
 
 
 
 
                                                        
                                                    
 
                     
	                                             
	                                             
	                                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                            