Suraxanı Rayonu 208 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib
Məktəbin direktoru Məlahət Əsədova bildirmişdir ki, Vətən, xalq qarşısında misilsiz xidmətlərinə görə, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu vurğulayıblar.
Tədbirdə iştirak edən YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.