Şəhid Teymur Zeynalov anım günündə ehtiramla yad edilib
24 oktyabr şəhid Zeynalov Teymur Tağı oğlunun anım günüdür. Anım günü ilə 24.10.2023–cü il tarixdə Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksi ziyarət edilmiş, önünə tər güllər düzülmüş və duallar oxunmuşdur.
Anım mərasimində YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər. Vüqar Seyidov öz çıxışında şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan bütün şəhidlərimizə rəhmət diləmişdir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, şəhidin atası Tağı Zeynalov uzun illərdir ki, Suraxanı rayonunda neft sənayesində çalışır və YAP Suraxanı rayon təşkilatının fəal üzvüdür.
Qeyd edək ki, şəhid Zeynalov Teymur Tağı oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.