Şəhid Şahmar Səfərov doğum günündə ehtiramla yad edilib

Şəhid Şahmar Səfərov doğum günündə ehtiramla yad edilib
1 sentyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Səfərov şahmar Nazim oğlunun mövlud günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Hərbi Memorial Məzarlıqda şəhidin məzarını ziyarət etmiş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Şahmar Səfərovun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş