YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
16 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 59 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (Suraxanı Sağlamlıq Mərkəzi) növbəti belə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov vurğulayıb ki, YAP-ın VIII Qurultayı sadəcə idarəedici siyasi partiyanın daxili işi deyil, Azərbaycan dövlətinin "Güclü Ordu, Müstəqil İqtisadiyyat, Sağlam Cəmiyyət və Çevik Diplomatiya" prinsiplərinə söykənən yeni əsr strateji doktrinasının təqdimatıdır. Bu tədbir Azərbaycanın gələcək onilliklərdəki inkişaf ritmini müəyyən edən əsas siyasi kompas rolunu oynayır.
Daha sonra çıxış edən Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Gülbəniz Sadıqova bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı fəlsəfi və geosiyasi baxımdan Azərbaycanın "milli güc" konsepsiyasının pik nöqtəsi və gələcək doktrinası kimi xarakterizə oluna bilər. Bu ali toplantı təkcə daxili siyasətin deyil, Cənubi Qafqazın yaxın onilliklərdəki strateji mənzərəsini formalaşdıran bir hadisədir.
Çıxış edənlər yolumuzun müstəqil, suveren və güclü Azərbaycanın işıqlı gələcəyi olduğunu bildirərək, şəhid ailələrinin bu günə qədər olduğu kimi, bundan sonra da Yeni Azərbaycan Partiyasının və onun müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi sıx birləşdiklərini bəyan ediblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Paylaş