Şəhid Mürsəl Kazımlı doğum günündə ehtiramla yad edilib

Şəhid Mürsəl Kazımlı doğum günündə ehtiramla yad edilib

23 iyul Vətən Müharibəsi şəhidi Kazımlı Mürsəl Kamil oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Dəniz Aslan, Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif İbrahimov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivi, Qərbi Azərbaycan İcmasının nümayəndələri, digər rəsmi şəxslər, şəhid ailə üzvləri Mürsəl Kazımlının Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.

Ziyarət əsnasında anım mərasimində çıxış edən natiqlər Azərbaycan öz tarixi torpaqlarını Mürsəl kimi mərd, cəsarətli, canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası Kamil Mürsəlov Şəhid ailəsi adından Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş