Şəhid mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilmişdir

Şəhid mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilmişdir

24 yanvar 2026-cı il tarixdə “Atilla” idman kompleksində Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilmişdir. Turnirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Xətai rayonu İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının rəsmi əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Öncə Ümummilli Lider Heydər Əliyevin, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Şəhidin atası, Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Xətai rayonu İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Beynəlxalq dərəcəli jakim, “Qızıl fit” mükafatının sahibi Hicran Şərifov və digər natiqlər çıxış edərək şəhid Rüfət Əsgərovun həyat və döyüş fəaliyyəti haqqında məlumat vermiş, keçirilən idman yarışlarının şəhidlərimizin xatirəsinə həsr olunmaqla onların adlarının əbədiləşdirilməsində əvəzsiz rolu olduğunu vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.

Turnirdə üzgüçülük idman növünün müxtəlif üsullarla keçirilən yarışlarında uşaq və yeniyetmələr iştirak etmiş, qaliblər diplom və medallarla mükafatlandırılmışlar.